Abbas Hüseyn cəza çəkdiyi 1 saylı müəsisədə karserə salınıb

Aprelin 12-də Pentesiar Xidmətin Müalicə Mərkəzindən 1 saylı cəzaçəkmə müəsisəsinə köçürülən Abbas Hüseyn indi də karserdədir. Mayın 10-dan karserə salınan ictimai fəal müəsisəyə gəldiyi zamandan karser və karantin otaqlarından kənara çıxa bilməyib. Buna da səbəb onun daxili qaydalara riayət etməkdən imtina edərək aqressiya göstərməsi deyilir. Aprelin 12-də 1 saylı müəsisəyə köçürülən A. Hüseyn hələ müalicə mərkəzindən aldığı 5 günlük karser cəzası ilə bura gətirilmişdi. Müəsisədə cəzası bitdikdən sonra, Nizami Rayon Məhkəməsi aprelin 17-də daxili video konfrans formatında Abbas Hüseynin məhkəməsini keçirmişdi. Məhkəmə Abbasın iltizam qaydalarının tez-tez pozması səbəbi ilə onu qapalı, ciddi rejimli müəsisəyə köçürülmə ilə bağlı baş tutmuşdu. Lakin Abbas məhkəmədə öz vəkilini tələb etməsi səbəbindən iclas ertələnmişdi. Aprelin 26-da baş tutan növbəti qapalı iclas A. Hüseynə 1 il Qobustan qapalı rejim cəzası kəsmişdi.

Apelliyasiyaya edilən müraciət hüququ, 20 günlük zaman tanıma nəzərə alınaraq Abbas 1 saylı müəsisənin karantin otağında saxlanılsa da, burada da ona qarşı təhrikedici, qıcıqlandırıcı addımlar azalmır. Abbas bütün bunların müəsisə rəhbərliyi tərəfindən həyata keşirildiyini bildirir. Onun bu davranışlara etirazı isə mayın 10-da növbəti dəfə karserə salınmasına gətirib çıxarır. Həbs olunan gündən amansız davranışlar, ağlasığmaz işgəncələr, qeyri-insani münasibətlər yaşayan ictimai fəalda bu, müəyyən fəsadlara yol açıb. Uzun zaman qapali ciddi rejimdə tək cəza çəkməsi onun ürək ağrıları, saçlarının tökülməsi, əsəb gərginliyinə gətirib çıxarıb. Dəfələrlə vəkili tərəfindən onun ciddi müalicəyə alınması ilə bağlı müraciətlərə baxmayaraq Abbas müalicə mərkəzinə ya aparılmır, ya da süni maniə yaradılaraq müalicə olunmadan geri qaytarılır.

Xatırladaq ki, Abbas Hüseyn yerli və beynəlxalq insan hüquq təşkilatları tərəfindən siyasi, vicdan məhbusu tanınır.