Vəkillər də ixtisas imtahanı verəcəklər

“Təhsildən sonra vəkillərin etik davranış, qanunvericilik və digər prinsiplərə yiyələnməsi üçün müəyyən kurslar keçməli və onlar vəkillik imtahanı verməlidirlər".

"Report"a istinadla  xəbər verilir ki, bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, VK-nın üzvləri müəyyən spesifik biliklərə sahib olmalıdırlar: "Bu məsələnin birbaşa təhsil səviyyəsi ilə əlaqəli olduğunu düşünmürəm. Kollegiyaya üzv olan vəkillər qanunvericiliyi, hüquqi aktları mükəmməl bilməlidirlər. Eyni zamanda bir sıra praktiki biliklərə də yiyələnməlidirlər. Bütün bu biliklərin səviyyəsini yoxlamaqdan ötrü vəkillərin ixtisas imtahanları nəzərdə tutulub".

A.Bağırovun sözlərinə görə, VK gələcəkdə bir sıra kurslar və seminarların təşkil edilməsi də planlaşdırır.