“Tərtər işi”: Müttəhimlər son sözlə çıxış ediblər

Noyabrın 28-də “Tərtər işi” ilə bağlı məhkəmələrdən birində müttəhimlər son sözlə çıxış ediblər. 

Söhbət polkovnik Vüsal Ələsgərov, sabiq qərargah rəisi, polkovnik- leytenant Rəşid Niftəliyev, MAXE əsgərlər - Ramil Qarayev və Rüstəm Ələsgərovdan gedir. 
Onlar 2017-cinikin mayında hərbçilərə işgəncə verməkdə ittiham olunurlar. Bakı Hərbi Məhkəməsində mart ayından davam edən məhkəmə yekunlaşmaq üzrədir. 

Təqsirləndirilən şəxslər heç biri özünü təqsirli bilmir. Onlar son sözlərində məhkəmədən bəraət hökmü çıxarılmasını xahiş ediblər. 

Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə gedib. Noyabrın 29-da hökm elan ediləcək. 

Bundan əvvəlki iclasda prokuror müttəhimlərin verilmiş ittihamlarla təqsirli bilinmələrini, Vüsal Ələsgərovun 10 il, Rüstəm Ələsgərovun 12 il, Rəşid Niftəliyevin 9 il, Ramil Qarayevin isə 8 il 6 ay müddətə azadlıqdan məhrum edilməsini tələb edib.

Təqsirləndirilən şəxslər hərbi qulluqçulara işgəncə verməkdə, onları qanunsuz azadlıqdan məhrum etməkdə və vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunurlar.

Vüsal Ələsgərov, Rüstəm Ələsgərov, Ramil Qarayev Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri, Fuad Axundov CM-nin 127.2.2 (qəsdən sağlamlığa az ağır zərər vurma), 145.3, 293.3, 341.2.2 və 341.2.3 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Toplum TV