Tale Bağırzadə həbsdə olan məhbus ailələrinə müraciət etdi: “Birlikdə bu zülmə etiraz edək!”

İlahiyyatçı Tale Bağırzadə Kürdəxanı Təcridxanasında amansız işgəncəyə məruz qalaraq zor tətbiq edilən inanclı Ceyhun Balaşovun yaşadıqları ilə bağlı etiraz nümayiş etdirib: “Ölkə nə vəziyyətə gəlib ki, təcridxana polisin, DTX-nın, BMCM-nin işgəncə mexanizmini icra edir. Vəzifəsi şübhəli şəxsin saxlanılması və təhlükəsizliyi olan bir idarə şəxsə divan tutmaqla onu ölümlə baş başa qoyur. Bütün bunlar polisə səlahiyyət verib qanunsuzluğun başında duraraq ölkədə istismara rəvac verən hakimiyyət və onun idarə strukturudur. Məlumdur ki, zor tətbiq etməklə davranış nümayiş etdirən sistem,bu əməllə sayları neçə neçə yüzləri ötən bütün saxlanılan inanclılar üzərinə tətbiq edəcək. Artıq tam aydındır ki, onların addımları heç bir hüquqi sərhəd tanımır. Mən buradan bütün məhbus ailələrinə müraciət edirəm, bu vəziyyət bütün məhbusların amansız divan edilməsini göstərən bir addımdır. Güclərimizi birləşdirib, hər birimiz bu özbaşnalığa etiraz etməsək növbədə bizim də əzizlərimiz eyni aqibətlə üzləşə bilər. Hər bir məhbus ailəsinə çağırış edirəm, övladlarımız qəddar rejimin istismar məngənəsində döyülüb öldürülməmiş bu addımlara birlikdə yox deyək.”
O, eyni zamanda ictimayyətə də çağırış edərək onlardan Kürdəxanı təcridxanasında yaşanan insanlığa zidd addımın qınanmasını istəyib.

Müsəlman Birliyi Hərəkatının Lideri Hacı Tale Bağırzadə.
12 sayılı CÇM - 16.07.23