Suriya ordusu Hələbdə yeni əməliyyata başlayıb

Suriya ordusu Hələb vilayətinin şərqində yerləşən Deyr Hafir bölgəsində YPG/SDG-yə qarşı əməliyyata başladığını açıqlayıb.

Bu barədə SANA məlumat yayıb.

Bildirilib ki, əməliyyat Deyr Hafir ərazisində YPG/SDG-yə və keçmiş rejimə bağlı silahlı qruplara qarşı yönəlib.

SANA-nın məlumatında qeyd olunub ki, “terrorçu silahlı dəstələrin və SDG ilə müttəfiq olan keçmiş rejim qalıqlarının mövqelərinə qarşı cavab tədbirləri başlayıb”.