Sudanda toqquşmalarda ölənlərin sayı 833-ə çatıb

Sudanda ordu ilə Çevik Cavab Qüvvələri (xüsusi təyinatlılar) arasında baş verən qarşıdurmalarda həlak olan mülki şəxslərin sayı 833-ə yüksəlib.

Operativtv.com Report-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Sudanın Həkimlər Komitəsi məlumat yayıb.

“Toqquşmalar nəticəsində ölən mülki vətəndaşların sayı 833-ə çatıb, 3 329 nəfər yaralanıb”, - “Əl-Cəzirə” telekanalı təşkilatın məlumatına istinadən bildirib.

BMT-nin mayın 14-nə olan məlumatına görə, toqquşmalarda 676 dinc sakin həlak olmuş, 5 575-dən çox insan isə yaralanmışdı.