Azərbaycanın bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıyaalınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb.
Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, cari ilin sonunadək ölkənin bütün rayon və şəhərlərində siyahıyaalmanın keyfiyyətinin yoxlanılması məqsədilə müvafiq tədbirlər görüləcək, o cümlədən təlimatçı-nəzarətçilər tərəfindən sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Komitənin Siyahıyaalma qrupuna təqdim edilməsi prosesi həyata keçiriləcək. Yuxarıda qeyd olunan proseslər tam başa çatdıqdan sonra, 2020-ci ilin yanvar ayından etibarən həmin məlumatların Dövlət Statistika Komitəsində xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılacaq.
Siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənarda qalmış şəxslərin də siyahıyaalmaya cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılmışdır ki, həmin qruplar tərəfindən ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək.
Dövlət Statistika Komitəsi siyahıyaalmadan kənarda qalmış şəxslərə bir daha müraciət edərək cari ilin oktyabr ayının 1-dən etibarən fəaliyyət göstərən “Qaynar xətt mərkəzi”nə (012) 510-07-89, 539-54-44, 539-80-44 nömrəli telefonlar vasitəsilə məlumat vermələrini xahiş edir.
Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının dövlət büdcəsində siyahıyaalma üçün nəzərdə tutulmuş vəsaitin 82,0 faizi sayıcılar da daxil olmaqla 42 844 nəfər siyahıyaalma personalının əməyinin ödənişi üçün nəzərdə tutulub ki, həmin vəsait də “Kapital Bank” ASC ilə bağlanmış müqaviləyə əsasən onun yerli filialları tərəfindən plastik kartlar vasitəsilə bu şəxslərə ödəniləcəkdir. Qalan vəsait isə ölkə əhalisinin sayına uyğun olaraq siyahıyaalma materiallarının nəşr edilməsinə, siyahıyaalma prosesi üçün çanta və dəftərxana ləvazimatlarının alınmasına və s. sərf edilib.
Siyahıyaalınma başa çatdı - Məlumatlar 2020-ci ilin yanvarından sistemə daxil olacaq

Oxşar xəbərlər