Şimali Koreya ilə Cənubi Koreya arasında tarixi imza atıldı

Şimali Koreya ilə Cənubi Koreya arasında Koreya arasında razılaşma əldə edilib.
 
Xarici KİV-ə istinadən xəbər verilir ki, Şimali Koreya lideri Kim Çen İnlə Cənubi Koreya lideri Mun Çey İn Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi barədə sənədə imza atıblar. Beləliklə, nüvə silahlarının təkmilləşdirilməsi proqramı dayandırılıb.
 
1950-1953-cü illərdə baş vermiş Koreya Müharibəsindən bu yana Cənubi Koreya torpaqlarına ayaq basan ilk Koreya lideri Kim Çen İn xatirə kitabına, "Yeni bir tarix başlayır", sözlərini yazıb.