Şəhidlərimizin ölümsüz ruhları ədalətin gerçəkləşəcəyi nurlu sabahın sönməz məşəlləridir

Müsəlman Birliyi Hərəkatının sədri Tale Bağırzadə 26 noyabr 2015-ci il Nardaran hadisəsinin növbəti ildönümü ilə əlaqədar paylaşım edib. Paylaşımda deyilir:

"26 noyabr 2015-ci il. Yeddi illik bir zaman ayırır bizi o qanlı hadisədən. İlləri geridə qoysaq da, hadisə bizlər üçün əsla köhnəlmir. Məsum şəhidlər, məşəqqətlər içində olan ailələr, atasız qalmış körpələr, amansız işgəncələr və hələ də həbs həyatı yaşayan günahsız məhbuslar. Xüsusi olaraq bu hadisəyə ədalət gözləyən haqqın çağırışı. Həqiqətin zəfər çalacağı günün mütləq gerçəkləşəcəyi şübhəsizdir.

26 noyabrda dünyasını dəyişən şəhidlərimizə Allahdan sonsuz rəhmət, şəhid ailələrinə isə səbr diləyirik. Mübarizə simvolu olan şəhidlərimizin ölümsüz ruhları ədalətin gerçəkləşəcəyi nurlu sabahın sönməz məşəlidir. Haqq yolunda dünyasını dəyişən bütün şəhidləri hörmətlə anırıq."

Tale Bağırzadə.
Müsəlman Birliyi Hərəkatının sədri.