Seyid Həsən Nəsrullah Nəcəfül-Əşrəfdə yad edildi

Nəcəfül-Əşrəfdə Hazara məscidində Livan Müqavimət Hərəkatının lideri Seyid Həsən Nəsrullahın şəhadətə çatması münasibətilə tədbir keçirilib.

Shafaqna İraq-ın verdiyi məlumata görə, mərasim böyük mərcə təqlid Ayətullah Əl Üzma Seyid Sistaninin iki övladı Ayətullah Seyid Məhəmməd Rza və Ayətullah Seyid Məhəmməd Baqir tərəfindən təşkil olunub.

Mərasimdə alimlər, ziyalılar, ictimai-siyasi xadimlər və dindarlar iştirak edib.