Beynəlxalq "Qadınlar üçün mətbuat azadlığı" təşkilatı ("Women Press Freedom") jurnalist Şahnaz Bəylərqızının həbsini pisləyən bəyanat yayıb.
Bəyanatda qeyd edilir ki, bu, Azərbaycan hakimiyyətinin müstəqil mətbuata qarşı narahatlıq doğuran hücumlarının son nümunəsidir.
"2013-cü ildən etibarən Azərbaycan hökuməti jurnalistlərə qarşı hücumları gücləndirib. Abzas Media, Toplum TV və Meydan TV-nin bir sıra jurnalisti şəsassız ittihamlarla həbs olunub. Hazırda 8 qadın jurnalist barmaqlıqlar arxasındadır.
Biz, müstəqil jurnalistlərə qarşı təzyiqə son qoymağı tələb edirik.
Bəylərqızı dərhal azad edilməlidir", deyə təşkilatın bəyanatında bildirilir.
Toplum TV"də aparıcı və redaktor işləmiş jurnalist Şahnaz Bəylərqızı (Hüseynova) fevralın 5-də “Toplum TV” işi üzrə şübhəli şəxs qismində saxlanılıb, onun mənzilində axtarış aparılıb, evdən elektron əşyalar götürülüb.
Fevralın 6-da isə Xətai rayon Məhkəməsinin qərarı ilə jurnalist həbs edilib.
Onun barəsində 3 ay 15 gün müddətində həbs-qətimkan tədbiri seçilib.
Məhkəmə iclasından əvvəl vəkil Xətai rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasında Bəylərqızı ilə görüşüb.
"Şahnaz Bəylərqızının səhhəti yaxşı deyil. Onun diabeti və yüksək qan şəkəri, yüksək qan təzyiqi var. İstintaq tədbiri zamanı onun təzyiqi anidən 200-ə qalxıb, "təcili yardım" çağırılıb. İndi onun qan təzyiqi 140-150-dən aşağı düşmür", - vəkil bildirib.
Öz növbəsində, jurnalistin həyat yoldaşı da deyib ki, o, hipertoniya, şəkərli diabetin kəskin forması, ürək-damar xəstəliyindən əziyyət çəkir: "Bundan başqa, onun başında kist var".
Ş.Bəylərqızının yetkinlik yaşına çatmamış iki övladı var.
“Şahnaz Bəylərqızı dərhal azad edilməlidir" - “Women Press Freedom”