Saakaşvili Timoşenkonu prezidentliyə namizəd kimi dəstəkləyib

TASS agentliyinə istinadən verilən məlumata görə,   "Batkivşina" partiyasının sədri, Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko qurultay keçirir. 

Məlumatda bildirilir ki, qurultayda cari ilin mart ayının 31-i keçiriləcək prezident seçkilərinə namizədin irəli sürülmə məsələsi müzakirə edilir. 

Həmçinin məlumatda qeyd edilir ki, iclas zamanı Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili videomüraciətində Timoşenkonun namizədliyini dəstəkləyib. Bundan əlavə, Avropa xalq partiyasının nümayəndələri də sabiq baş nazirin namizədliyini dəstəkləyib.