Ötən gecə Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasında yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində həyatını itirənlərin sayı 27-yə yüksəlib.
Dağıstan Muxtar Respublikasının prezidenti Sergey Məlikov bəyan edib ki, ötən gecə Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində xəsarət alanların müalicəsi davam edir.
Məlikov qeyd edib ki, partlayış nəticəsində ölənlərin sayı 27-yə, yaralıların sayı isə 102-yə çatıb. Ağır yaralılar ölənlərin artacağı ehtimalını söyləməyə əsas verir.
Dağıstan İstintaq Komitəsi də hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.
Rusiyada partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb