Ruhani Qədir Məmmədovun növbəti məhkəməsi keçirilib

12 iyun tarixində Sumqayıt  Ağır Cinayətlər Məhkəməsində hakim Nurəddin Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə iclasında şahidlər dindirilib. Dindirilən 4 şahiddən bəzisi qeyri-ixtiyari olaraq ruhani Qədir Məmmədovun xeyirinə verdiyi ifadələri məhkəmə hakimləri ruhaninin əleyihinə düzəliş etməyə çalışıb.

Yaxınları bildirib ki, şahid kimi 4 nəfər çağrılsa da məhkəmə iclasında 7 nəfər ruhaninin əleyinə çıxış edib. “Hakimlər sifarişə uyqun olaraq şahidlərin "nöqsanlarına" xüsusi həyacanla düzəliş verməyə çalışırdılar. Sanki yalançı şahidlərə drijorluğu onlara tapşırmışdılar. Onlar ruhaninin xeyrinə olan "nöqsanlara" düzəliş vermək üçün dəridən - qabıqdan çıxırdılar.” -deyə yaxınları bildirib.

Qeyd edək ki, məhkəmədəki haqsızlığa etiraz etdiyi üçün ruhanin ata əvəzi 60 yaşlı böyük qardaşını hakimlər məhkəmə zalından çıxarıb.

Xatırladaq ki, Ruhani Qədir Məmmədov son vaxtlar Azərbaycan və İran arasında gərginləşən münasibətdən dolayı şiə ruhanilərinə və inanclılara qarşı başladılan represiya dalğasının ardınca sentyabrın 15-də evlərinin qarşısında azyaşlı oğlunun gözü önündə saxlanılmış və saxta ittihamla - narkotika istifadəetmə  (234.1-1) maddəsi ilə şərlənərək həbs edilmişdi. Ruhani ilk andan ittihamı qəbul etməyib və heç bir sənədə imza atmayıb.