Noyabrın 28-də Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılaraq etiraz bildirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Görüşlərdə, bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub,” məlumatda deyilir.
Nazirlik habelə bildirib ki, bu yaxınlarda qüvvəyə minmiş yeni media qanunu yerli media subyektinin xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol vermir.
Noyabrın 20-də Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları "Abzas Media" internet nəşrinin ofisində axtarış aparıb. Axtarış zamanı 40 min avro müəyyən edildiyi iddia olunur.
Bundan sonra nəşrin direktoru Ülvi Həsənli, onun müavini Məhəmməd Kekalov, noyabrın 21-də isə baş redaktor Sevinc Vaqifqızı saxlanılıb. Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsilə cinayət işi başlanılıb.
Məhkəmə hər üç şəxs barəsində dörd ayadək həbs qətimkan tədbiri seçib.
Media əməkdaşları ittihamı qəbul etmir və yüksək vəzifəli məmurların korrupsiya əməlləri ilə bağlı jurnalist araşdırmalarına görə həbs edildiklərini bildirir.
Noyabrın 27-də Bakı Apellyasiya Məhkəməsində "Abzas Media"nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı barəsində Xətai Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və hər ikisinin azadlığa buraxılması ilə bağlı apellyasiya məhkəməsi keçirilib.
Məhkəmə media rəhbərlərini həbsdə saxlayıb. Sevinc Vaqifqızının anası Ofelya Məhərrəmova jurnalistlərə bildirib ki, qızı günahkar deyil, o, saxta ittihamla həbs olunub.
"Qızım bilirdi ki, Bakıda onu həbs edəcəklər, biz bunu bilirdik, mən xaricə, qızıma zəng elədim və xahiş etdim ki, qayıtmasın. Lakin Sevinc dedi ki, nə mən şəhidlərdən artığam, nə də sən şəhid analarından artıqsan, mən gələcəm," Məhərrəmova bildirib.
Vəkil Fariz Namazlı deyir ki, bugünkü şikayət həm Sevinc Vaqifqızı barəsində həbs qətimkan tədbirinin seçilməsinin qanunsuz olmasından, həm də təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı idi.
"Məhkəmə qərarı olmadan "Report.az" saytında "Abzas Media" barəsində sızdırılmış materiallar var idi. Həmin materiallar istintaq orqanları tərəfindən mətbuata sızdırılıb. Halbuki, indi istintaq gedir və həmin materiallar istintaq sirridir," vəkil bildirib.
Vəkil Zibeydə Sadıqovanın sözlərinə görə, Ülvi Həsənli məhkəmədə heç bir cinayət törətmədiyini və "AbzasMedia"nın korrupsiya araşdırmalarına görə həbs olunduğunu deyib.
"Dedi ki, "Abzas Media"nın ofisində 40 min avro olmayıb, pul məqsədli şəkildə ora atılıb. Ülvi Həsənli haqqında həbs qərarı əsassızdır. O, həbsdə saxlanılmadan da istintaq aparıla bilər", o bildirib.
Rəsmi Bakı ABŞ, Almaniya və Fransaya “Abzas Media”nın maliyyələşdirilməsi ilə bağlı etiraz bildirib