Ərdoğandan İsrailə mesaj: Bunun əvəzini ödəyəcəksiz!

İsrailin Qəzzaya qarşı başlatdığı soyqırımın 1-ci ildönümü ilə bağlı açıqlama verən prezident Ərdoğan bunun bədəlini İsrailin gec-tez ödəyəcəyini və Netanyahunun Hitler kimi dayandırılacağını vurğulayıb.

İsrailin Qəzzada minlərlə günahsız insanın həyatına son qoyan soyqırım hücumlarından bir il ötür. Ötən dövrdə hər cür diplomatik təşəbbüslər edən prezident Ərdoğan, İsrailə 'Əvəzini verəcəklər' deyərək dünyaya çağırış edib.

“Bu gün oktyabrın 7-dir... Düz 365 gündür ki, əksəriyyəti uşaq və qadın olan 50 min qardaşımız vəhşicəsinə qətlə yetirilir. Qəzzada müxtəlif dinlərə aid ibadət yerləri, xəstəxanalar və məktəblər artıq məhv edilib. Bir çox jurnalistlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri, sülh səfirləri artıq aramızda yoxdur.

Qəzzada, Fələstində və bu gün Livanda ölənlər təkcə qadınlar, uşaqlar, körpələr və günahsız dinc sakinlər deyil, bəşəriyyətə xidmət etməsi gözlənilən qurumlar, beynəlxalq system də can verir.

Düz bir ildir dünyanın gözü qarşısında canlı yayımda qətlə yetirilənlər əslində bütün bəşəriyyət və onun gələcəyinə olan ümidləridir.

Bu gün biz qatil İsrail hökumətinin 7 oktyabrdan bəri qətlə yetirdiyi on minlərlə insanı kədərlə xatırlayırıq; Həyat yoldaşlarını, övladlarını və ailələrini itirmiş yaralı Qəzzalı, Fələstinli və Livanlı qardaş və bacılarıma ürəkdən başsağlığı verirəm.

İsrailin uzun illər davam edən soyqırım, işğal və işğalçılıq siyasətinə son qoyulmalıdır. Unutmaq olmaz ki, İsrail bir ildir həyata keçirdiyi və hələ də davam etdirdiyi bu soyqırımının bədəlini gec-tez ödəyəcək.

Hitleri bəşəriyyətin ortaq ittifaqı dayandırdığı kimi, Netanyahu və onun qətl şəbəkəsi də eyni şəkildə dayandırılacaq.

Qəzza soyqırımına görə məsuliyyətin olmadığı bir dünyada sülh olmayacaq.

Türkiyə olaraq nəyin bahasına olursa olsun İsrail hökumətinə qarşı durmağa və dünyanı bu şərəfli mövqeyə çağırmağa davam edəcəyik” deyə Türkiyənin başçısı bildirib.