Ərbəin zəvvarlarının təhlükəsizliklərinin təmini üzrə birgə əməliyyat otağı yaradılıb

İraq hökuməti Ərbəin zəvvarlarının təhlükəsizliklərini təmin etmək üçün birgə əməliyyat otağının yaradıldığını deyib.

Əməliyyat otağı İraqın baş naziri və bu ölkənin silahlı qüvvələrinin ali baş komandanı- Məhəmməd Şia Əs-Sudani-nin başçılığı altında fəaliyyət göstərəcək.

İyirmi səfər- altı sentyabr, dünya şiələrinin üçüncü imamı- Həzrət İmam Hüseyn ələyhissəlamın və onun sadiq köməkçilərinin Kərbəla çölündə şəhid olmalarının qırxıncı günü- Ərbəin günüdür.

İraq daxili işlər nazirliyi bu ölkədəki daxili və xarici zəvvarlar üçün Ərbəin ziyarətinə məxsus təhlükəsizlik və xidmət proqramlarını şərh edib.

İraq daxili işlər nazirliyinin sözçüsü Xalid əl-Məhna, bu ölkənin rəsmi informasiya agentliyinə deyibdir ki: Təhlükəsizlik baxımından, önləyici əməliyyat və hava nəzarətləri həyata keçiriləcək və birgə əməliyyat otağı vasitəsilə bütün təhlükəsizlik təşkilatları arasında yüksək ahəngdarlıq olacaq.

Digər tərəfdən, İraqın Diyalə vilayətində əl-Həşdüşşəbi əməliyyatının komandiri Sadiq əl-Hüseyni, Hüseyn Ərbəini zəvvarlarının təhlükəsizliklərinin təmini sahəsində PUA-ların iştirakından xəbər verib.

 

Səhər Azəri