Qurana qarşı ağlagəlməz vandallıq-yenə Danimarkada

Qurana qarşı növbəti iyrənc addım yenə Danimarkadan gəldi. Həmişəki davranışdan fərqli olaraq bu dəfə Quran vərəqlənərək sürtgəcdən keçirildi. Bunu Danimarkada yaşayan Firuzeh Bazrafkan adlı qadın İran səfirliyinin qarşısında gerçəkləşdirib. 

Kameralar önündə dayanan qadın müqəddəs kitabın vərəqlərini bir-bir qoparan sürtgəcdən keçirib. Ən acınacaqlısı isə buna seyirçi olan insanlar tam laqeydlik nümayiş etdiriblər. Qalmaqallı hadisə sosial şəbəkələrdə böyük əks-səda doğurub.

Danimarkada Qurana qarşı hörmətsizlik sürətli artmaqdadır. Danimarka dövləti bu addımları tənqid etsə də, məhkəmə söz azadlığını bəhanə edərək müqəddəs kitabın təhqirinə icazə verir.