Son günlər Azərbaycan Dövlət Sərhəd Xidməti bölmələrinin Qazax rayonunda erməni qüvvələri ilə təmas xəttində irəlilədiyi bildirilir.
"Turan” İnformasiya Agentliyinin məlumatına görə, bu barədə çərşənbə günü bir neçə qeyri-rəsmi mənbə bildirib.
"Müdafiə Nazirliyinə yaxın "Azeridefence” saytı bildirib ki, Babakər dağı (700 metr) istiqamətində irəliləmə olub. Erməni tərəfinin mövqeləri önə çəkmə cəhdlərinə qarşı DSX bölmələri bir neçə döyüş postunu irəliyə çəkib.
Yeni mövqelər tutulduqdan sonra Ermənistan ərazisindəki bəzi döyüş postlarına və bu postları birləşdirən yollara nəzarət imkanı əldə olunub”, - agentlik yazıb.
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti proses barədə məlumat yaymayıblar.
Qazax istiqamətində cəbhə xətti irəliyə çəkilib
Oxşar xəbərlər