Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində ictimai-siyasi işin təşkili sektoru yaradılıb.
Azərtac-a istinadən xəbər verilir ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai-siyasi işin təşkili ilə bağlı məsələlərin əlaqələndirilməsi sektorun fəaliyyətinin əsas istiqaməti olacaq.
İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib.
Prezident Administrasiyasında yeni sektor yaradıldı və təyinat oldu
Oxşar xəbərlər