Aleksis Karrel "Dua" kitabında (La Priere) ziyarətçilərin Hz. Məryəm vasitəsilə ehtiyaclarını istədikləri yer olan Lurd Tibb Müəssisəsi barəsində belə yazır: "Zəvvarlar turistə çevriliblər və duaları nəticəsiz qalıb".
Damarların bir-birinə birləşdirilməsi və onların ilk dəfə öz ixtirası olan üsulla tikiş vurduğuna görə, eyni zamanda cücənin ürəyini 35 ildən artıq müddət ərzində bədəndən kənarda öz laboratoriyasında canlı saxlaya bildiyi üçün iki dəfə (!) Nobel ödülü alan Aleksis Karrel inanırdı ki, duanın həm də fizioloji təsiri var. Məsələn, o, "Dua etmək ayıbdır", — deyən Nitşedən fərqli olaraq iddia edirdi ki, dua edənin əxlaqi xislət və keyfiyyətlərinin digərlərindən daha kamil olması şübhəsizdir. O, illərlə, özəlliklə Rokfeller Antropologiya Müəssisəsinin rəhbəri kimi fəaliyyət göstərdiyi dönəmlərdə duanın fiziki, antropoloji və ruhi təsirlərinə dair apardığı araşdırmalardan sonra "Dua" kitabını yazır. Onun duanı sırf patoloji, fizioloji və klinik tədqiqatlar baxımından araşdırması olduqca dəyərlidir.
Mən fərqindəyəm ki, duanın ən böyük təsiri ondakı ibadət həqiqətidir. Bu da insanın mənəvi kamilliyinə səbəb olan amildir. Amma gəlin etiraf edək ki, insanlar daha çox fiziki təmasa önəm verirlər. Çağdaş sevgi anlayışı çox az hallarda uzaqdan yaşanır, romantik anlayışlar tarixi bir səlnamə kimidir, sevgi indi daha praqmatikdir, tutqudur, əlçatımlıdı, təmasdı, xəyal deyil, çılpaq yaşantıdır. Bu qədər çağdaş və hər şeyə praqmatik nəzərlə baxan insanı Tanrıya təmas etmədən inandırmaq zordur. Tanrıya təmas etməksə məndə daha çox duanın fiziki təsirləri ilə assosiasiya olur. Ana kitab bizə Tanrını, "təhlükə anında çağırdığımız varlıq" kimi tanıdır. Bu proses, əslində, bir formuldu. Və bu formul bizə insan və Tanrı anlayışlarının daha bir təmas nöqtəsini göstərir — təhlükə. İnsan ən çox nə zaman praqmatik olur, əlbəttə, təhlükə qarşısında olan zaman. İnsan təhlükədə daha çox Allahpərəstdir. Tanrının mənəvi təsirləri öz yerində, amma indi Onun fiziki təsirlərini ortaya çıxaramaq lazımdı. Bunu Aleksis Karrel bacarırdı, həm də laboratoriya şəraitində. O laboratoriya ki, illərlə Tanrı həmin test təcrübələrindən keçmədiyi üçün inkar olunurdu. İnsan fərqinə varmalıdır ki, inanmaq ilk öncə onun həyatındakı fiziki təsirlərlə müşayiət olunacaq.
İnanmaq sığortadır. Müasir tibbin qaçılmaz test üsullarından biri olan Plasebo təsiri anlayışı mənə bunu xatırladır. Plasebo farmakoloji olaraq təsirsiz dərman preparatlarının təlqinə əsasən bir təsir ortaya çıxarmasıdır. Latinca "məmnun etmək" anlamına gələn plasebo – psixoloji təsir nəticəsində fizioloji dəyişmədir. Plasebo daha çox içi boş dərmanlar kimi xarakterizə olunur. İçi su, şəkər və ya boş olan dərmanlar xəstəyə verilir, nəticədə, əslində verilməli olan dərmanın təsiri alınır. Deməli dərmanın verəcəyi təsir tərkibindən deyil, ona olan inamdan da aslıdır. Məsələn, baş ağrısı üçün inkişaf etdirilmiş yeni bir dərmanın təsiri insanlar üzərində təcrübə edilən zaman eyni problemdən şikayətçi olan xəsətələrin yarısına həmin dərman, yarısına isə plasebo (içi boş dərman) verilir. Təcrübədən keçirilən yeni dərmanın baş ağrısına azaldıcı təsirinin olduğunu iddia edə bilmək üçün bu dərmanları qəbul edən adamların plasebo qəbul edən adamlardan daha çox fayda aldıqlarını görmək lazımdır.
Başqa bir nümunə. Yazırlar ki, Miçiqan universitetinin doktorları aparılan tədqiqatdan sonra bele nəticə alırlar ki, dərmanın verəcəyi təsir tərkibindən deyil, ona inamdan asılıdır. Onlar xəstəyə ağrıkəsici adı altında boş dərman verirlər və xəstə ağrısının azaldığını bildirir. Tomoqrafiyanın nəticələri göstərdi ki, ağrıkəsici gözləyən beyin neyronları endorfin buraxmağa başlayır və ağrını azaldır. Plasebo təkcə ağrını kəsməyə deyil, həm də xəstəliyi tamamən sağalatmağa qadirdir. Və yaxud, Almaniyada vərəm dispanserində belə bir şayiə yayılmağa başlayır ki, bir qrup alim vərəmi sağaldan mövcüzəvi dərman hazırlayıb. Bir müddət dərmanın üstünlükləri haqqıda danışılır. Daha sonra xəstələrə bildirildi ki, bu həblər klinika tərəfindən alınıb. Həbləri qəbul edən xəstələrin 90% sağalmağa başlayır. Əslində isə heç bir möcüzəvi həb icad edilməmişdi – onlar adi aspirin idi. Demək ki, onları sağaldan həb deyil, həbə olan inanc idi.
Plasebo kimi fenomenal effekt barəsində qızıl təsbit budur: insanın bədənində ona lazım olan bütün elementlər mövcuddur sadəcə onun orda olduğun inanmaq lazmdır.
İndi bunu Tanrı inancına və unudulmuş dua mədəniyyətinə tətbiq edirəm. Tanrı — mənə görə, indi inanmayanların deyil, daha çox inananların sorununa çevrilib. Başları dünyaya, ən yaxşı halda isə isbat və sübut mexanizmlərinə qarışan, müdafiə taktikasına zorlanan biz inananlar, məhz biz inananlar unutduq ki, deyil ruhumuzda, həm də bədənimizdə Tanrı ilə bağlı bütün elementlər mövcuddur, sadəcə Onun orada olmağına inanmaq lazım idi.
Və indi, Tanrım, sənə dua etməyimin səbəbi barəsində düşünürəm. Ehtiyacmı? Eşqmi? Bu dualarımın səbəbi eşq olmasa da (ki bu ən yaxşı haldı), ehtiyac olanda nə olar ki? Mən ehtiyaclarımı kimdən istəməliydim ki? Bunun nəyi pisdir axı? Məgər, Tanrım, Sən deyilsənmi, “Ey insanlar, siz Allaha möhtacsınız", — deyən? (Fatir, 15)
Tanrım, mən sənə inanmaqla, Sənin bax burada olmana inanmaqla düzəlirəm. Səndən istəməklə, dua etməklə düzəlirəm. Sənin buyurduqlarının icrası bir yana, Sənin eşqinlə dilə gəlmək bir yana, sadəcə Sənə inanmaq, sadəcə Səndən istəmək ruhumda farmokoliji bir təsir buraxır. Sən mənə təsir edirsən, sadəcə Sənin varlığını düşünməyin təsiri o qədər böyükdür ki, ruhumda yaranan özəlliklər mənim fiziologiyama da sirayət edir. Tanrım, mən sağalıram. Sadəcə inana bilməkdir məni sağaldan. Tanrım, sən mənim bədənimdəki, ruhumdakı bütün elementlərdə varsan, sadəcə Sənin burda olmağına inanmaq lazım idi.
Mən inanıram, Tanrım. Sənə dua etmək içimdəki boşluğun adıdı. Sən qəbul etməsən də olar, mən dua edəndə onsuz da düzəlirəm. Sənə adekvat oluram. Özümü Sənə yaraşdırmaq — bu halın özü belə yetərlidir. Bu boşluğun adı Sənsən. Səndən savayı kimsə onu doldura bilməz. Səndən başqa hər bir şey o boşluğu böyütməyə xidmət edir. Hər şey o qədər kiçikdir ki, mən onları Sənin boşluğuna necə qoyum? Bu, elə onların özünə də, mənim özümə də zülmdür. Mənsə ədalətli olmaq istəyirəm. Qoy hər şey öz yerində qalsın, Tanrım. Amin.
(Əslində isə heç bir boş yer yoxdur, hər yer Sənlə dolub, Sən bütün elementlərdə varsan…)
Plasebo effekti və ya inanmaq