Ənsarullah: Müharibənin “qırmızı xətt” olmayan mərhələsi başladı

Yəmən İsrailə qarşı müharibənin yeni mərhələsinə daxil olur.

Bu barədə Yəmənin “Ənsarullah” hərəkatının siyasi bürosunun üzvü Əli əl-Kahum bəyan edib.

“Yəmən və onun lideri münaqişənin yeni mərhləsinə qədəm qoyur, yeni ittifaqlar yaradılır. (Bu mərhələdə) qırmızı xətlər yoxdur… İsrail mövcud olduqca sülh olmayacaq, bu, ölüm-qalım döyüşüdür”, – deyə o qeyd edib.

Husilərin rəsmisinin sözlərinə görə, ərəblərin və müsəlmanların birləşmək zamanı gəlib.

“(Bu birliyin) imkanlarından istifadə etməyin və Amerika və İsrailin timsalındakı böyük şeytanın yaratdığı problemlərin, təhlükələrin və layihələrin qarşısında İslam kimliyini qorumaq üçün hamı ilə birlikdə çıxış etməyin zamanı gəlib çatıb”, – deyə əl-Kahum vurğulayıb.

O deyib ki, İslam müqaviməti Fələstinə dəstək çərçivəsində tarixdə olmamış şəkildə İsrail limanlarının tam blokadasına nail olub.

 

 

 

Az.shafaqna.com