Azərbaycanda dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarını pozanlara cərimə tətbiq olunacaq.
Qaynarinfo xəbər verir ki, bununla əlaqədar İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur.
Məcəlləyə əlavə edilən yeni – 516-1-ci (Qəbiristanlıqların idarə olunması qaydaları haqqında qanunvericiliyin pozulması) maddəsinin 2-ci bəndinə əsasən, qəbiristanlıqların qorunması tələblərinin, habelə dəfnlərin təşkili zamanı sanitariya-gigiyena normalarının pozulmasına görə fiziki şəxslər 20 manatdan 50 manatadək məbləğdə, vəzifəli şəxslər 500 manatdan 1000 manatadək məbləğdə cərimə olunacaqlar.
Dəfn zamanı bunu edənlər cərimələnəcək
Oxşar xəbərlər