Azərbaycan Ordusunda səmti müəyyən etmə yarışları başlayıb - Foto

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında əmrinə əsasən hərbi qulluqçular arasında səmti müəyyən etmə üzrə növbəti yarışlar başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb olunan komandalar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayırlar.

Hərbi qulluqçular fərdi, qrup və patrul hərəkəti üzrə birincilik uğrunda mübarizə aparırlar.

Müdafiə Nazirliyinin məsul zabitlərinin idarəçiliyi ilə keçirilən yarışlar sentyabrın 3-də mükafatlandırma mərasimi ilə başa çatacaq.