Zəvvarları daşıyan avtobus aşıb

Hindistanda baş verən avtobus qəzası nəticəsində 12 nəfər ölüb, 2 nəfər yaralanıb.
 
Trend-in məlumatına görə, hadisə Hindistanın şimal ştatında baş verib.
 
Ölkənin hüquq-muhafizə orqanlarının məlumatına görə, zəvvarları daşıyan avtobus Kaştvar rayonunda dərəyə yuvarlanıb. Hadisəyə səbəb sürücünün çətin yolda idarəetməni itirməsi olub.