Türkiyədə “əlöpmə” qalmaqalı səngimək bilmir.
Oxu.Az-ın xəbərinə görə, belə ki, yeni çağırış Türkiyə Böyük Millət Məclisinin (MM) ilk iclasında-andiçmə mərasimində bəzi keçmiş MHP-li, indiki “İYİ Parti”li millət vəkillərinin eks rəhbərləri-MHP genəl başqanı Dövlət Baxçalının əlini öpmələri, onun qarşısında təzim etmələri adıçəkilən partiyanın lideri, prezidentliyə sabiq namizəd Meral Akşənərin sərt təpkisinə səbəb olub.
O, bununla bağlı hətta, rəsmi açıqlama da yayıb və bu cür hərəkət edənlərin bundan sonra “İYİ Parti”də yer olmayacağının siqnalını verib.
“Mən siyasi nəzakəti çox yaxşı bilirəm. Ancaq bu hərəkətlər siyasi nəzakət deyil.
Partiyamıza “FETÖ”-çü, “ipsiz-sapsız” deyən və hətta, partiyamızın liderinin namusuna dil uzadanlara belə hörmət, ehtiram göstərmək siyasi nəzakət deyil.
Bizim dəyərlərimizə sadiq qalanlar yanımızda yer ala bilər. Bu dəyərləri bölüşməyənlər isə dərhal “İYİ Parti”ni tərk etsin”-deyə, o, bəyan edib.
Qeyd edək “İYİ Parti” Mərsin millət vəkili Hayati Arkaz TBMM-də Baxçalının əlini öpmüş, İzmir millət vəkili Müsavat Dervişoğlu, İstanbul millət vəkili Koray Aydın və başqa bir deputat isə MHP liderinin qarşısında əyilərək, onun əlini sıxmışdılar.
Bu da iki partiya arasında xoş olmayan münasibətləri daha da gərginləşdirib.
Eyni zamanda, sosilal şəbəkə istifadəçiləri olan “İYİ Parti”lilər 4 millət vəkilinin son addımlarına sərt münasibətlərini bildirib, onların partiyadan istefa vermələrini tələb edirlər.
Hələlik yaşananlarla bağlı MHP-dən və Baxçalıdan reaksiya gəlməyib.
Deputatlara “əlöpmə” qadağası

Oxşar xəbərlər