Cəmil Həsənli: ''Onlar Qərbdən daxil olan kitablara şübhə ilə yanaşırlar''
İyunun 7-də Bakı hava limanında gömrükçülər Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənlinin ABŞ-ın Harvard Universiteti tərəfindən ingilis dilində dərc edilmiş "Stalin və soyuq müharibənin Türkiyə böhranı" kitabının 4 nüsxəsini saxlayıb.
Bu barədə Meydan TV-yə Cəmil Həsənlinin özü məlumat verib.
Professor deyib ki, müsadirə olunan kitabda 1945-1953-cü illərin siyasi prosesləri araşdırılıb. Monoqrafiya dəfələrlə müxtəlif dillərdə dərc edilib:
“İlk dəfə 2011-ci ildə dərc edilib. Oxucuların tələbi yüksək olduğuna görə 2013-cü ildə kitab yenidən dərc edilib. Bundan başqa, kitab rus dilində Moskvada və Ankarada da dərc edilib. Kitabın nüsxələri, o cümlədən ingilis dilində nüsxələr artıq Azərbaycana göndərilib və ölkənin əsas kitabxanalarının fondlarında var. Ona görə kitabların gömrükdə saxlanmasının səbəbi aydın deyil”.
Hazırkı 4 nüsxəni naşir müəllifə sürətli poçtla göndərib. Qaydalara görə, kitablar onun evinə çatdırılmalı idi. Amma onları Bakı hava limanının karqo terminalında "həbs ediblər".
Milli Şura sədri olayla bağlı hava limanına gedib:
“Mən hava limanına getdim, dedilər ki, kitabın məzmunu "tədqiq ediləcək", ondan sonra onları buraxıb-buraxmayacaqları barədə qərar verəcəklər. Amma mən gömrükdə ingilis dilində 500 səhifəlik kitabı tədqiq edib rəy verə biləcək mütəxəssis tapılacağına şübhə edirəm”.
Cəmil Həsənli baş verənləri “Azərbaycanda avtoritar, totalitar sistem qurulmasının daha bir əlamətidir”,- deyə dəyərləndirib:
“Onlar elmdən, ədəbiyyatdan, real tarixdən qorxurlar. Onlar Qərbdən daxil olan kitablara şübhə ilə yanaşırlar".
Gömrükçülər Cəmil Həsənlinin kitablarını saxlayıb

Oxşar xəbərlər