Rusiya Dövlət Dumasında Kiyevin bu addımını "Senzura aktı" kimi dəyərləndiriblər
Rəsmi Kiyev "Rossiya Seqodniya" BİA və "RİA Novosti Ukrayna" saytlarına girişi blok edəcək. Sputnik Azərbaycan xəbər verir ki, hər iki agentlik üç illik müddətində sanksiya siyahısına əlavə edilib.
Siyahı Ukrayna prezidenti Pyotr Poroşenkonun rəsmi saytında yerləşdirilib. Bundan əlavə, agentliklərin ölkədəki aktivləri də dondurulacaq. Ukrayna provayderlərinə isə "Россиясегодня.рф", "Sputniknews.com", "Ria.ru", "Rsport.ria.ru", "1prime.ru", "Realty.ria".ru və "rian.com.ua" saytlarına da girişi məhdudlaşdırmaq göstərişi verilib.
Rusiya Dövlət Dumasında Kiyevin bu addımını "Senzura aktı" kimi dəyərləndiriblər. Dumadan bildirilib ki, bu məsələ beynəlxalq təşkilatlarda qaldırılacaq.
Qeyd edək ki, mayın 15-i səhər saatlarında agentliyin ofisinə üzərində UTX yazısı olan uniformalı adamlar daxil olub. Şahidlər onların qaldırıcı qurğunun köməyi ilə agentliyin ofisinin yerləşdiyi binaya necə daxil olduqlarını görüblər. Bunun ardından ofisdəki jurnalistlərlə əlaqə kəsilib. Bundan sonra "RİA Novosti Ukrayna"nin rəhbəri Kirill Vışinskinin UTX tərəfindən saxlanıldığı məlum olub.
Son zamanlar Ukraynada təqib olunan rusiyalı jurnalistlərin sayı onlarladır. Rusiya XİN ATƏT və Avropa Şurası ölkələrini, eləcə də beynəlxalq təşkilatları Ukraynanın bu siyasətinə qiymət verməyə çağırıb.
Ukrayna hakimiyyəti birmənalı olaraq Rusiya KİV-lərinin bu ölkədə işləməsinə mane olur, müntəzəm surətdə onların ölkəyə girişinə qadağa qoyur. 2015-ci ilin martında Rusiyanın 115 KİV-i Kiyevdə dövlət orqanlarında akkreditasiyadan keçib.
Kiyevdə "Russia Today" mediaqrupuna daxil olan "RİA Novosti" agentliyinə qarşı xüsusilə sərt münasibət mövcuddur. Ötən il agentliyin "Eurovision" müsabiqəsinin finalına akkreditasiya olunmuş iki əməkdaşı tədbirə buraxılmayıb.
"Rossiya Seqodniya" və "RİA Novosti"yə giriş blok edildi

Oxşar xəbərlər