Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun barəsində çıxarılan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Axar.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun sədrliyi ilə baş tutan prosesə Akif Çovdarov həkim müşahidəsində gətirilib.
Daha sonra “Vasmoy” bazarı epizodu üzrə zərərçəkmiş Səfərov qardaşları çıxış edib. Onlar bazarın generallar Akif Çovdarov və Hilal Əsədov tərəfindən zorla əlindən alındığını və geri qaytarılmasını tələb ediblər.
Təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək müvəkkilləri barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Təqsirləndirilən şəxslərdən Akif Əliyev, Orxan Osmanov və polkovnik Səlim Məmmədov çıxış edərək apellyasiya şikayətinin dəlilləri üzrə ifadə veriblər. Onlar barələrində bəraət hökmünün çıxarılmasını tələb ediblər.
Akif Çovdarov isə səhhətində olan problemlərlə bağlı çıxış üçün məhkəmədən vaxt istəyib. O bildirib ki, gələn prosesdə çıxış edəcək.
Daha sonra Akif Çovdarovun vəkilləri tərəfindın 7 vəsatət qaldırılıb.
Onlar xəttşünaslıq, məhkəmə-mühasibatlıq, Akif Çovdarovun səhhəti ilə bağlı tibbi ekspertizanın keçirilməsi və digər məsələlərin araşdırılmasını tələb ediblər.
Həmçinin müdafiəçilər sənədlərin saxtalaşdırılması və təqsirləndirilən şəxslərin ailə üzvlərinə aid əmlaklarının geri qaytarılması barədə də vəsatət veriblər.
Hakimlər kollegiyası isə vəsatətlərlə müzakirəsini gələn prosesə saxlayıb.
Növbəti proses mayın 23-də davam edəcək.
Akif Çovdarov və onunla birlikdə mühakimə olunanlar Bakı Hərbi Məhkəməsinin hökmündən apellyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il, Orxan Osmanov 4 il azadlıqdan məhrum ediliblər. Məhkəmə Akif Çovdarov və digərlərinin rütbəsinin alınması barədə xüsusi qərardad çıxarıb.
Həmçinin Akif Çovdarov və digərlərinə məxsus, üzərinə həbs qoyulmuş əmlakların müsadirə olunması barədə qərar qəbul edilib. Dövlət Təhlükəsizlik Xidmətinin 3 milyon manatlıq mülki iddiası, eləcə də cinayət işi üzrə tanınmış 60 nəfər zərərçəkmişin mülki iddiası təmin olunub.
Məhkəmənin daha bir qərarı ilə 8-ci kilometr bazarı kimi tanınan ticarət müəssisəsi dövlət nəfinə müsadirə olunacaq.
Karvansaray epizodu üzrə iş adamı Qədir Ədilova qarşı cinayətin törədilməsi sübuta yetirilməyib. Həmin epizodlar üzrə cinayət işinə xitam verilib.
Akif Çovdarovun ailə üzvlərinin qaldığı evlər və onların adlarına olan mülklər müsadirə olunmayıb, həmin mülklərin üzərinə qoyulan həbs götürülüb.
Səlim Məmmədovun da ailə üzlərinin yaşadıqları evlərin üzərindən həbs götürülüb, təqaüd kartına qoyulmuş həbs qərarı ləğv edilib.
İş üzrə 16 nəfər mənəvi zərərçəkmişin, eləcə də cinayət işində zərərçəkmiş qismində tanınan "Metropolitenin"nin sabiq rəsi və Yeni Azərbaycan Partiyasının Yasamal rayon şöbəsinin rəisi Tağı Əhmədovun 3 milyon manatlıq mülki iddiası da təmin edilməyib.
Hökmə əsasən Akif Çovdarov, Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanova qarşı istintaq orqanı tərəfindən ittiham irəli sürülən Cinayət Məcəlləsinin 181.3.1-ci (quldurluq; mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 181.3.2-ci (quldurluq; külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddələri ittihamdan xaric edilib.
Hökmdə həmin maddələr üzrə Akif Çovdarov və digər şəxslərə həmin maddələr üzrə bəraət verilməsi və yaxud cinayət işinə xitam verilməsi qeyd edilməyib. Sadəcə, hökm elan olunan zaman bu maddələr üzrə cəza təyin edilməyib.
Cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox zərərçəkmiş var.
Çovdarovun səhhəti pisləşdi, danışa bilmədi

Oxşar xəbərlər