Pentaqon İran müharibəsinin xərcinə dair yeni rəqəm açıqladı

İrana qarşı müharibə münaqişə fevral ayından bəri ABŞ ordusunu 48 milyard dollardan çox xərcə salıb.

Bu rəqəmi Pentaqonun Baş nəzarətçisinin müavini Artur Miller Konqresdə Hərbi Dəniz Qüvvələrinin maliyyə idarəetməsi üzrə köməkçi katibi vəzifəsinə namizədliyi ilə bağlı dinləmədə çıxış edərkən səsləndirib: "Bu rəqəmə sursat, hərbi texnika və aparatların dəyişdirilməsi xərcləri və əməliyyat xərcləri daxildir".

O bildirib ki, bu rəqəmə Yaxın Şərqdəki Amerika bazalarına dəyən ziyan daxil deyil. Hansı ki, onların bəziləri İranın pilotsuz təyyarələri və raket hücumları və ya qlobal iqtisadi təsir nəticəsində ciddi şəkildə zədələnib.