Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə şahidlərin dindirilməsi baş tutmayıb. Nurlan Libre (Qəhrəmanlı) buna etiraz edib: o, müdafiəsi üçün lazım olan sənədlərin təcridxanada əlindən alındığını bildirib.
Jurnalistin sözlərinə görə, oktyabrın 18-də saxlandığı kamerada axtarış aparılıb, ittiham aktı və qeydləri götürülüb. Nurlan Libre təcridxana rəisi Elnur İsmayılovun otağında döyüldüyünü, ardınca üç gün cərimə kamerasında saxlandığını iddia edib.
“Hicabla bağlı yazdıqlarıma görə cəzalandırırdılar”, - deyən jurnalist sənədləri olmadan şahidlərə sual verə bilməyəcəyini bildirib. Vəkillər də müdafiə hüququnun pozulması məsələsini qaldırıblar.
İclasda vəkil Elçin Sadıqov Meydan TV-nin baş redaktoru Aynur Elgünəşin səhhətinin ağırlaşdığını deyərək onun ev dustaqlığına buraxılmasını istəyib. Vəkilin bildirdiyinə görə, jurnalistin təcili əməliyyata ehtiyacı var, lakin həkimlər əvvəlcə kompüter tomoqrafiyası müayinəsi tələb edirlər. Aynur Elgünəşin təzyiqi tez-tez dəyişir, bədənində ləkələr yaranıb.
Prokuror həbs üçün əvvəlki əsasların dəyişmədiyini deyərək vəsatətə etiraz edib. Məhkəmə jurnalistin ev dustaqlığına buraxılmasına razılıq verməyib.
Digər jurnalist Xəyalə Ağayeva isə həbsdə nikaha daxil olmasına dair məhkəmə qərarının aylardır icra edilmədiyini bildirib: “ASAN Xidmət qərarı icra eləmir”. Hakim vəkilin məhkəmə qərarı əsasında ASAN Xidmətə müraciət edə biləcəyini deyib.
“Meydan TV işi” üzrə 12 nəfər məhkəmə qarşısına çıxarılıb. Jurnalistlər ittihamları rədd edir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.
Növbəti məhkəmə iclası noyabrın 2-də keçiriləcək.
Nurlan Libre təcridxana rəisinin otağında döyüldüyünü, ardınca üç gün cərimə kamerasında saxlandığını iddia edib

Oxşar xəbərlər