Avropa Jurnalistlər Federasiyası (EFJ) və Beynəlxalq Jurnalistlər Federasiyası (IFJ) "Toplum TV işi" üzrə verilən məhkəmə hökmünü qınayıb.
Təşkilatların iyulun 27-də verdiyi birgə bəyanatda deyilir ki, iş üzrə həbs olunan şəxslərə azadlıq tələb olunub.
"Məhkəmənin hökmü bu məhkəmə prosesinin siyasi xarakter daşıdığını və hakimiyyətin sadəcə öz işini görən jurnalistləri qorxutmaq və repressiyaya məruz qoymaq niyyətini təsdiqləyir", - deyə qeyd olunub.
EFJ-nin baş katibi Rikardo Qutyerres verilən həbs cəzalarının "tamamilə qeyri-mütənasib və həddindən artıq ağır cəzalar" olduğunu bildirib.
IFJ-nin baş katibi Entoni Bellanjer isə deyib ki, məhkəmə qərarı "jurnalistlərə, o cümlədən qadın media əməkdaşlarına qarşı amansız repressiya siyasətinin tərkib hissəsidir".
"Bunun ədalətlə heç bir əlaqəsi yoxdur. Bu, açıq-aşkar hökumətin repressiyası və qorxutma siyasətidir. Ədalətin bu cür ayaqlar altına atılmasına töhfə verən hər kəs bir gün məhkəmə qarşısında cavab verəcək", - o əlavə edib.
İyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Toplum TV işi" üzrə sonuncu məhkəmə prosesi keçirilib.
Məhkəmənin hökmü ilə Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri Akif Qurbanov 15, "Toplum TV" həmtəsisçisi Ələsgər Məmmədli 14, siyasətçi Ruslan İzzətli 15, IDI əməkdaşları Ramil Babayev 13, Əli Zeynal 14, İlkin Əmrahov 13, "Toplum TV" əməkdaşları Müşfiq Cabbar 13, Fərid İsmayılov 12, Elmir Abbasov 11 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib
EFJ və IFJ "Toplum TV işi" üzrə verilən məhkəmə hökmünü qınayıb