Livanda ölənlərin sayı 4278-ə çatdı

Livan Səhiyyə Nazirliyi İsrailin 2 martdan bəri ölkə daxilində həyata keçirdiyi hücumlarla bağlı yenilənmiş rəqəmləri paylaşıb.

Nazirliyin açıqlamasına görə, hücumlarda şəhid olanların sayı son 24 saatda 21 nəfər artaraq 4278-ə çatıb. Yaralıların sayının 12196 olduğu bildirilir.

Nazirlik bir gün əvvəl ölənlərin sayını 4257 olaraq açıqlamışdı.

Bu arada, atəşkəs prosesinə və regional diplomatik təşəbbüslərə baxmayaraq, sionist rejimin ordusunun Livanın cənubuna hərbi hücumlarını davam etdirdiyi bildirilib.

Livan rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail artilleriya bölmələri Nəbatiyyə qubernatorluğundakı Beyt Yəhun şəhərini hədəfə alıb. İsrail qüvvələrinin həmçinin Bint Cbeyl rayonundakı Aita əl-Cəbəl və Beyt Yəhun şəhərlərində bir neçə evi yandırdığı bildirilir.