Artıq əsrlərdir ki, İmam Hüseyn (ə) mübarizəsi insanlıq səlnaməsi olan haqq və batil savaşının əbədiyaşar simvolu, ölümsüz insanlıq nümunəsidir. Onun kimliyini tanımaq üçün yalnız bunu söyləmək yetərlidir ki, artıq 1500 illik bir zaman keçməsinə baxmayaraq şəhadət hadisəsi bu gün də eyni hərarət, göz yaşları və coşqu ilə qeyd edilir. Şübhəsiz buna çoxsaylı səbəblər var və bunların ən başlıcası Kərbəla hadisəsinin İlahi rəngə boyanmasıdır.
Nəinki o gün, bu gün də Məhərrəmilik ayının başlanğıcı ilə narahaq qəlblərin nifrət püsgürməsi bu həqiqəti - varlığını Allaha qubran verən şəxsin ölümsüzlük məqamına yüksələrək zamanların fövqündə durması İlahi paklığın yaratdığı ezackarlıq fəzasını görə bilməmə həqiqətindən doğur. Lakin bütün bunlara baxmayaraq Hüseyn (ə) əməli olaraq Haqqın varlığında əbədiləşərək bu təfəkkürünü insanlığa ərməğan edən əvəzssiz nümunədir.
Bu gün adı, əza köynəyi olan matəm libası, bayrağı, şüarları, bir sözlə İmam Hüseyni (ə) simvolizə edən kiçik bir detalı zalımlarda qorxu, vahimə və nifrət yaratdığı bir dünyada haqq və batili seçmək meyarı daha aydın və şəffafdır. Dünyanın gedişi bu həqiqəti qlobal, işlək reallığı ilə təkcə haqq sevən və ya ona qarşı olanları deyil, bu dəyərlərdən xəbərsiz qalanları da aydınladacaq qədər böyüməkdədir. Buna səbəb isə çox sadədir, insanlığın təşnə olduğu ədalət öz həqiqi məcrasına, mənbəyinə qaydış edərək parlamaqda davam edir.
Dünyanı titrədən və bu gün, yer kürrəsinin hər bir nöqtəsində qeyd edilən Aşuranın əzəməti, haqq və əhlinə sevgi, eyni halda batil və tərəfdarlarında yaratdığı qorxu durur. Hüseynin (ə) məktəbini ölümsüzləşdirən onun Allahı hədəf, haqqı bu hədəf uğrunda meyar bilməsindədir.
Bu gün Hüseyn (ə) və tərəfdarlarının şəhadətə yüksəldiyi Aşura günüdür.
Ölümsüz Aşura məktəbi