İran 11 milyon barel neft ixrac etdi: ABŞ blokadası iflasa uğradı

Məlumata görə ölkəyə məxsus neft tankerləri ABŞ-ın elan etdiyi dəniz blokadasına baxmayaraq təxminən 11 milyon barel neft daşıyıb.

Məlumata görə, bu həcmdə neft Oman dənizi üzərindən müxtəlif istiqamətlərə çatdırılıb. Bu, blokadanın tətbiqindən sonra İran neftinin bu şəkildə daşınmasının ilk böyük nümunəsi kimi qiymətləndirilir.

Agentlik bildirir ki, bu hadisə ABŞ-ın tətbiq etdiyi dəniz blokadasının effektivliyini ciddi şəkildə şübhə altına alır. Daha əvvəl də bəzi gəmilərin beynəlxalq sulardan keçərək Körfəzə daxil olduğu qeyd olunub.

Bu fondda İranın “Xatəm əl-Ənbiya” mərkəzi kəskin bəyanatla çıxış edərək bildirib ki, regiondakı limanların təhlükəsizliyi “ya hamı üçün olacaq, ya da heç kim üçün”.

Rəsmi Tehran vurğulayıb ki, İran limanlarının təhlükəsizliyi təhdid olunarsa, bölgədə heç bir liman təhlükəsiz hesab edilməyəcək.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl İran limanlarına daxil olan və ya çıxan gəmilərə qarşı dəniz blokadası tətbiq olunduğunu elan etmişdi.

Analitiklər hesab edir ki, bu inkişaflar Hörmüz boğazı və ətraf bölgələrdə gərginliyi daha da artırır və qlobal enerji bazarlarına təsir riskini yüksəldir.

İranın blokadaya baxmayaraq neft ixracını davam etdirməsi beynəlxalq bazarlarda yeni balansın formalaşmasına səbəb ola bilər.