Yəməndən İsrailin Yaffa rayonundakı hədəflərə raket hücumu olub

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatı İsrailə qarşı əməliyyat həyata keçirdiyini açıqlayıb.

Yerli media xəbər verir ki, hərəkat İsrailin Yaffa rayonundakı hədəflərə qarşı İran və “Hizbullah”la birlikdə hücum təşkil etdiyini bildirib.

Husilərin liderləri bəyan ediblər ki, onlar mərhələli şəkildə döyüşlərə qoşulur və vəziyyətə uyğun cavab verməyə davam edəcəklər.