İrana qarşı İsrail və Amerika birliyinin müharibə planı ilk gündən etibarən İranın vəd etdiyi kimi öz çərçivəsini genişləndirməyə davam edir. Bu prosesin hansı nəticələrə gətirib çıxaracağını zaman göstərəcək. Lakin qarşı tərəfin uzun müddətdir vəd etdiyi İranın Ali Dini Liderinin öldürülməsi daha dərin böhran və qarşıdurmalara yol açdı.
Amerikanın dini inanclara və inanclı şəxsiyyətlərə qarşı bu addımı atarkən onun ağır nəticələrini əvvəlcədən hesablaya bildiyi halda, bu qərarın növbəti mərhələ planlarına necə xidmət edəcəyi Donald Trampın açıqlamalarından qismən anlaşıla bilər. Bununla belə, onun ziddiyyətli, çoxşaxəli və qeyri-müəyyən fikirləri göstərir ki, Ayətullah Xameneinin öldürülməsi planının hansı nəticələr doğuracağı Qərb üçün də tam aydın deyil.
Bəs ötən il İrana hücumla nəticələnən 12 günlük müharibə zamanı belə Amerikanın öldürəcəyini bəyan etdiyi Ali Dini Liderin qətli onların gözləntilərinə uyğun nəticə verdimi? Öldürülən müctəhidin idarə etdiyi sistemdə onun ölümündən sonra arzu olunan dəyişikliklərin əlamətləri varmı?
Ötən ilin İran–İsrail–Amerika arasında baş vermiş 12 günlük müharibəsi bu dəfə fərqli müstəvidə başladı. Əvvəlki müharibədə əsas mübahisə nüvə proqramı ətrafında idisə, bu dəfə hədəf dini idarəçilik sistemi oldu. Bu məqsədlə Amerika öz böyük hərbi gücünü və İsraillə müttəfiqliyini tam hazır vəziyyətə gətirdi.
İran tərəfi də bu məsələdə qətiyyətini gizlətmədi. Düşmənə sərt cavab verəcəyini bildirən İslam Respublikası bu müharibənin miqyasının genişlənəcəyini də açıq şəkildə bəyan etdi. Yaxın Şərqdə, ərəb ölkələrində, bir sözlə, Amerikanın təsiri altında olan bütün ABŞ bazalarının və İsrailin hədəf alınacağını xüsusi vurğuladı.
Müharibə şəraitində zamanın daralması qarşıdurmanın qaçılmazlığını daha da gücləndirdi. Amerikanın bu dəfəki əsas məqsədi İranda uranın zənginləşdirilməsinin qarşısını almaq, uzaqmənzilli raket sənayesini dayandırmaq və hökumət dəyişikliyinə nail olmaq idi. Deməli, hədəf yalnız texnoloji sahə deyil, həm də dini düşüncə və idarəetmə sistemi idi.
Diqqət yetirsək görərik ki, bombardmanın ilk günü 150-dən çox qız uşağının ölümünə səbəb olan obyekt bir qızlar məktəbi oldu. Halbuki həmin məkanda nə uzaqmənzilli raket istehsal edilirdi, nə uran zənginləşdirilirdi, nə də Ali Dini Lider orada yerləşirdi. Bu halda sual yaranır: qızlar məktəbi niyə hədəf seçildi?
1-ci hissənin sonu
İranın Ali Dini Liderinin öldürülməsi hansı həqiqətləri üzə çıxardı? 1-ci hissə