"Cihad fətvası məcburidir"

Bəhreyn şiələrinin lideri İslam dünyasını cihada səsləyib.

Bu barədə İran KİV məlumat yayıb.

"İslam ümməti cihad fətvasını tətbiq etməyə hazırdır. Ədalətli hakimiyyət fəqihlərinin cihad fətvası məcburidir", - deyə Şeyx İsa Qasim açıqlayıb.

Qeyd edək ki, müdafiə cihadı müsəlmanların can, mal və namusunu düşmən hücumundan qorumaq üçün vacib olan savaş hesab edilir.