Azərbaycan İranla nəqliyyat sahəsində yol xəritəsi hazırlayacaq

Azərbaycanla İran arasında avtomobil və dəmir yolları ilə yükdaşımaların həcminin artırılması, nəqliyyat infrastrukturunun inkişafı məsələləri müzakirə edilib.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında bildirib.

"İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadeqin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirdik. Görüşdə avtomobil və dəmir yolu ilə yükdaşımaların həcminin artırılması və nəqliyyat infrastrukturunun inkişafı məsələlərini müzakirə etdik. Bununla bağlı yol xəritəsinin hazırlanması barədə razılıq əldə etdik. Eyni zamanda çoxtərəfli formatda nəqliyyat dəhlizləri üzrə regional əlaqələrin genişləndirilməsi barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.