Əhli-beyt hüseyniyyəsində növbəti cümə namazı qılınıb

Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Əhli-beyt hüseyniyyəsində bu həftə də silsiləvi cümə namazı retualı icra edilib. Namaz Höccətül-islam Hacı Rüfət Məmmədovun imamlığı ilə baş tutub.

Bu həftəki cümə namazının birinci xütbəsində Hacı Rüfət Məmmədov öz söhbətinə möminləri Ramazan ayının gəlişi münasibətilə təbrik edərək başlayıb və daha sonra Ramazan ayının əhəmiyyətinə toxunub.

Hacı, bu barədə buyurdu ki, bu ay təmizlənmək, paklanmaq və Allaha yaxınlaşmaq üçün çox gözəl fürsətdir. İlahiyyatçı birinci xütbəni Allah Rəsulundan " Hər bir mömin Ramazan ayında Allaha xatir oruc tutarsa, Allah ona yeddi mükafat verər" hədisini nəql edərək izah etməklə başa çatdırıb.

O, ikinci xütbənin əvvəlində Ramazan ayında təqvaya əhəmiyyət göstərməyin zərurətinə işarə edib və bu ayda ən üstün işin haramlardan çəkinmək olduğunu bildirib.

Hacı, həmçinin təəssüflə qeyd edib ki, Ramazan ayı adi camaat tərəfindən təkcə orucluq ayı kimi tanınır, halbuki oruc tutmaq bu əzəmətli ayın proqramlarından təkcə biridir. O, qeyd edib ki, oruc tuta bilməyən insanlar Ramazan ayının başqa dəyərli əməlləri ilə məşğul olsunlar.

Hacı Rüfət Məmmədov daha sonra bunu da vurğulayıb ki, Allah-Təala Ramazan ayını Qurani-Kərimdə Quranın nazil olması ilə tanıtdırır. Bu ayın əhəmiyyətinə diqqətin xüsusi olmasına daha bir dəlildir.