Nəcəf şəhəri nə üçün “Nəcəf” adlandırılıb

Heç düşünmüsünüz mü, görəsən, nə üçün İraqın Nəcəf şəhəri məhz “Nəcəf” olaraq adlandırılır.

İmam Əlinin (ə) mübarək ziyarətgahının olduğu bu şəhərin adı barədə məlumatı təqdim edirik.

“Nəcəf” sözü, hərfi olaraq, ətrafında su yığılsa da, onun hüdudlarından yuxarı qalxmayan hündür və düzbucaqlı əraziyə deyilir.

Digər bir izah isə belədir: “Nəcəf” sözü “ney cəff” sözlərindən formalaşıb. Hədisə əsaslanan bu izaha əsasən, bir zamanlar bu bölgədə “Nəy” adlı dərya olub və sonradan quruyub. Bu hadisənin əsasında da insanlar “Nəy qurudu” ifadəsini, yəni “Nəy cəff” cümləsini işlətməyə başlayıblar. Zamanla da bu ifadə təhrifə məruz qalaraq “Nəcəf” sözünə çevrilib.

Həmçinin bu şəhər adətən “əl-Əşrəf”, yəni “şərəfli, şərafətli” sözü ilə müşayiət edilir. Bu isə, yuxarıda da qeyd etdiyimiz kimi, burada xilqətin ən üstün şəxslərindən biri olan İmam Əlinin (ə) mübarək məzarının yerləşməsi ilə bağlıdır. Buna görə də insanlar bu şəhəri “Nəcəfül-Əşrəf” olaraq adlandırırlar.