Bəzi hadisələrin həqiqətini görmək üçün bəzən illərə ehtiyac duyulduğu halda ötən ilin sonu gözlənilməz Aministiya qərarının səhnəarxası həqiqəti çox qısa müddətdən sonra özünü göstərdi. Öncə Aministiya aktının məlum kriteriyaları bu aktın yalnız və yalnız az ağır və ictimai təhlükəlilik dərəcəsi ya az olan, ya da olmayan şəxslərə şamil edilməsi idi.
Məhz bu prinsip həbs dövrünün bitməsinə bir neçə ay (təxminən 4 ay) qalmış şəxslərdən sayılı günlər qalmış şəxslər daxil azad olunması ilə Aministiya müşahidə olundu. Bəllidir ki, əvvəlcədən aministiya zatən bir neçə ay ərzində buraxılacaq şəxslərin azadlıq şousunu əhatə edəcəkdi deyə bunun arxasında hansısa maraqlı bir planın gizlənməsi ehtimalı dururdu.
Bəzi siyasi dairələrin də bu ehtimaldan çıxış edərək ermənilərin azad olunacağı iddiası da bu sırada səsləndirilən fikirlər içində idi ki, lakin bunun məhz Xocalı soyqırımını törədən Vaqif Xaçaturyanın olması doğurdan da təəccüb doğurucu idi. Bütün bunların rejimin hakimiyyətdə qalmaq üçün Trampın təzyiqi ilə icra edilməsi fikrinə varmadan Aministiyanın susduracağı Azərbaycan xalqına “Zalımı bağışlamaq məzluma zülm etmək” misalını xatırladaraq bütün bunların qəbuledilməz olduğuna diqqət çəkmək lazımdır.
Şübhəsiz hakim dairəyə yaxın olanların “humanizim” adlandırdıqları bu addım təzyiq altında paraflanmada olan sülh danışıqlarının hələ açıq olduğu, sərhədlərin demarkasiyası zamanı hansı razılıqların ola biləcəyi fikirini xatırladaraq yeni il gecəsini şəhidlər xiyabanında, övladlarının məzarı yanında keçirən anaların göz yaşlarından utanmaları yaxşı olardı.
Məsələ humanizmə gəlincə isə nədənsə bu humanizm ermənilərə, xalqın soy qırımına səbəbkar olanlara şamil olunduğu halda sayları 340 nəfərə çatan və istəkləri insanlıq, demokratiya, ədalət olan şəxslər bu humanizmdən kənar qalaraq nəinki lüks kameralarda Azərbaycan çayı içərək həbs cəzası çəkmir, hətta çarmıxa çəkilərək işgəncələr altında fiziki və psixoloji təzyiq olunurlar.
Hakimiyyətin hər vəchlə cəzalanacağı deyilən qatillər hal-hazırda Ermənistanda müalicə alırlar. O zaman ki, Azərbaycanın dəyərli övladları anti humanizmin işgəncəsi altında barmaqlıqlar arasındadır və tək günahları da ölkələrini azad, suveren və demokratik görmək ikən.
Siyasi məhbuslara göstərilməyən humanizm Xocalı qatillərinə hədiyyə edildi