İranda vəziyyət: təhlükəsizlik tam nəzarət altındadır

Hazırda İranda ümumi vəziyyət demək olar ki, tam sakitdir. Son dövrlərdə ölkənin təhlükəsizliyini pozmağa çalışan terror qruplarına qarşı qətiyyətli tədbirlər görülüb və terror cəhdləri uğursuzluqla nəticələnib.

Bu qruplar İslam Hakimiyyətinin səbrini və təmkinini yanlış şəkildə zəiflik kimi dəyərləndirmişdilər. Lakin baş verən hadisələr göstərdi ki, dövlət təhlükəsizlik məsələlərində güzəştə getmir. Təhlükə mənbələri vaxtında zərərsizləşdirildi və terrorçular ciddi cavabla üzləşdilər.

Nəticədə, ölkə daxilində sabitlik bərpa olunub, ictimai asayiş tam təmin edilib. Hadisələrin gedişi bir daha sübut etdi ki, İranda təhlükəsizlik və dövlət nəzarəti möhkəm əsaslara söykənir və bu xəttdən kənara çıxmağa çalışan hər kəs adekvat cavab alır. Xüsusilə qeyd etmək lazımdır ki, İran xalqı öz dövlətinin arxasındadır və əcnəbilərə qarşı birdirlər.

 

 

- İlahiyyatçı Toğrul Nuriyev