Nyu-Yorkda ABŞ Prezidenti Donald Tramp administrasiyasının siyasətinə qarşı keçirilən etiraz aksiyasına minlərlə insan toplaşıb.
Nümayişçilər Manhettendəki Mərkəzi Parkın yaxınlığında toplaşıb və daha sonra “Trump Tower” binasının yerləşdiyi Beşinci prospektdə yürüş ediblər.
Etirazçılar İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) addımlarına, ABŞ administrasiyasının qanunsuz immiqrasiya ilə mübarizə siyasətinə və Vaşinqtonun xarici siyasətinə etiraz ediblər.
Aksiya heç bir hadisə baş vermədən davam edib, polis etiraz aksiyasına müdaxilə etməyib.
Nyu-Yorkda minlərlə insan Tramp administrasiyasının siyasətinə qarşı etiraz aksiyası keçirib