ABŞ Qrenlandiyanı işğal etsə, NATO dağılacaq

ABŞ-ın Qrenlandiyaya hərbi güc tətbiqi NATO hərbi ittifaqının dağılması ilə nəticələnəcək.

Bu barədə Fransanın keçmiş prezidenti Fransua Olland xəbərdarlıq edib.

Onun sözlərinə görə, ABŞ prezidenti Donald Trampa güvənmək olmaz.

Olland deyib ki, ABŞ-ın Avropaya qarşı hərbi əməliyyatı Şimali Atalantika Alyansının sonu mənasını verəcək.

O deyib ki, Vaşinqton Qrenlandiya ilə bağlı heç nə etməməlidir.

Xatırladaq ki, Tramp Danimarka ərazisi olan Qrenlandiyanı işğal etmək istədiyini elan edib.