Ərəb Dövlətləri Liqası (ƏDL) və İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr Misirlə Qəzza zolağı arasındakı “Rafah” sərhəd-keçid məntəqəsinin yalnız bir istiqamətdə fəaliyyətinin bərpasına qarşı çıxıblar. Bu barədə Misir Xarici İşlər Nazirliyi birgə bəyanat yayıb.
Bəyanatda bildirilir:
“İsrail rəsmilərinin ‘Rafah’ keçid məntəqəsini yalnız bir istiqamətdə açmaq niyyətinə dair açıqlaması bizi ciddi narahat edir. Bu addımın məqsədi Qəzza sakinlərini Misir ərazisinə köçürməkdir və biz fələstinlilərin öz torpaqlarından çıxarılmasına yönəlmiş hər hansı cəhdləri qəbul etmirik.”
Ərəb və islam ölkələrinin xarici işlər nazirləri vurğulayıblar ki, onların mövqeyinə görə, sərhəd-keçid məntəqəsi həm Qəzzadan çıxış, həm də Qəzzaya giriş üçün işləməlidir. Bu yanaşmanın ABŞ prezidenti Donald Tramp tərəfindən hazırlanan anklavın sülh yolu ilə tənzimlənməsi planına uyğun olduğu qeyd edilib.
Bəyanata Misir, İndoneziya, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyənin xarici işlər nazirləri imza atıblar.
Qeyd edək ki, 3 dekabrda İsrailin Fələstin ərazilərində hökumət fəaliyyətinin Koordinasiyası İdarəsi (COGAT) Rafah keçidinin yaxın günlərdə Qəzza sakinlərinin Misir ərazisinə çıxışı üçün açılacağını bildirmişdi. Qurum əlavə etmişdi ki, keçidin istifadəsi İsrail tərəfindən yoxlamalarla müşayiət olunacaq və Misirlə koordinasiya ediləcək. Prosesi Avropa İttifaqının missiyası izləyəcək. COGAT qeyd edib ki, bu mexanizm 2025-ci ilin yanvarında da tətbiq olunub.
Misir isə bu məlumatı təkzib edib və vurğulayıb ki, sərhəd məntəqəsinin fəaliyyətinin bərpası ilə bağlı razılıq əldə olunarsa, keçid həm Qəzzadan çıxış, həm də anklava giriş üçün açılacaq.
İslam ölkələri Qəzza sərhəd-keçid məntəqəsinin birtərəfli işləməsinə qarşı çıxıb