İsrailin Livanın cənubundakı Əyn əl-Hilvə Fələstin qaçqın düşərgəsinə endirdiyi hava hücumu nəticəsində ən azı 11 nəfər həlak olub. Daha dörd fələstinli isə yaralanaraq xəstəxanaya aparılıb.
Bu barədə Livanın Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.
Məlumata görə PUA-lar Xalid ibn Vəlid məscidinin yaxınlığında yerləşən HƏMAS təlim düşərgəsinə hücum edərək hərbi obyektə bir neçə raket atıb.
İsrailin Fələstin düşərgəsinə endirdiyi hava hücumu nəticəsində 11 nəfər həlak olub