Neft hasilatını azaltmaq üzrə razılaşmada iştirak edən “OPEC+” ölkələri 2025-ci ilin oktyabr ayında orta gündəlik neft hasilatını 400 min barel azaltsalar da, könüllü məhdudiyyətlər və kompensasiya həcmləri nəzərə alındıqda planı təxminən 470 min barel həcmində üstələyiblər.
Bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatı xəbər verir.
Hesabata əsasən, “OPEC+” ölkələrinin könüllü azalmalar və artıq hasilatın kompensasiyası nəzərə alınmaqla razılaşma çərçivəsində müəyyən edilmiş hədəf orta gündəlik hasilat səviyyəsi oktyabr ayında 36,28 milyon barel təşkil edib, real hasilat isə 36,74 milyon barel olub.
Beləliklə, plan üzrə nəzərdə tutulandan artıq hasil edilən neftin həcmi təxminən 470 min b/s olub.
Qeyd edək ki, “OPEC+” OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması (bazarı tarazlamaq məqsədi ilə - red.) üzrə təşəbbüsdür. Azərbaycan da “OPEC+” razılaşmasının iştirakçısıdır.
OPEC-in məlumatına əsasən, bu ilin oktyabr ayında Azərbaycanda ortalama gündəlik xam neft hasilatı 461 min barel səviyyəsində olub.
“OPEC+” ölkələri nazirlərinin əldə etdiyi razılığa görə, 2026-ci ilin sonunadək Azərbaycanın hasilat kvotası gündəlik 551 min barel təşkil edir.
Beləliklə, Azərbaycan oktyabr ayında "OPEC+" çərçivəsində kvotasından 90 min barel geri qalıb.
“OPEC+” ölkələri oktyabrda gündəlik neft hasilatını 400 min barel azaldıblar