Qüds şəhərinin və Fələstinin müftüsü Şeyx Məhəmməd Hüseynə qarşı tətbiq edilən əl-Əqsa məscidini ziyarət etmək qadağasının müddəti uzadılıb.
İsrail tərəfindən tətbiq edilən bu məhdudiyyət əvvəlcə 8 günlük olsa da, sonradan daha 6 ay müddətinə də uzadılıb.
Buna səbəb isə Şeyx Məhəmməd Hüseynin 27 iyunda oxuduğu xütbə olub. O, həmin çıxşında İsrailin Qəzza sektorunda Fələstin xalqına qarşı törətdiyi hərbi cinayətləri, soyqırımı və qətliamları, aclıq siyasətini tənqid edib və pisləyib.
Fələstin Vəqf və Dini İşlər Nazirliyi İsrailin bu addımını şərh edib:
“Müftüyə qarşı tətbiq edilən məscid qadağası işğalçı rejimin (İsrail – red.) İsrailin planlarına qarşı çıxan din xadimlərini əl-Əqsadan uzaq tutmaq cəhdidir. Bu qadağa (İsrailin) ümumilikdə Qəzza sektoru və Qərb sahilində, xüsusilə də Məscidül-Əqsa məscidindəki cinayətlərinin miqyasının birbaşa göstəricisidir”.
İsrail rejimi Fələstin müftüsünə əl-Əqsanı ziyarət etməyi qadağan edib