Türkiyədə daha bir bələdiyyə sədri saxlanılıb

İstanbul Maliyyə cinayətkarlığı ilə mübarizə şöbəsinin əməkdaşları bu səhər Şilə Bələdiyyəsində əməliyyat keçirib.

Əməliyyat nəticvəsində bələdiyyə sədri Özgür Kabadayı saxlanılıb.

Onunla yanaşı, bələdiyyənin bəzi əməkdaşları da göz altına alınıb.

Hazırda araşdırmalar davam etdirilir. Məsələ ilə bağlı rəsmi qurumlar açıqlama verməyib.